Xəbərlər

Xəzərdə nərə balığı ovuna qadağanın müddəti uzadıldı

Masya
Masya
  • 26 Dec 2019
  • 1596 baxış

Xəzər dənizində nərə balıqlarının ticarət məqsədilə ovlanması ilə əlaqədar qadağa 2020-ci ildə davam edəcək.

XalqTv.com  Trend-ə istinadən xəbər verir ki, bunu İranın Balıqçılıq Təşkilatının sədri Nəbiyulla Xunmirzayi Tehranda keçirilə Xəzər dənizində su canlıları ehtiyatının qorunması və istifadə edilməsi ilə əlaqədar 3-cü iclasın sonunda deyib.

N.Xunmirzayinin sözlərinə görə, bununla əlaqədar protokol Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İranın nümayəndələri tərəfindən imzalanıb.

Təşkilat sədri əlavə edib ki, nərə balıqlarının ovu sadəcə ehtiyatların bərpası və araşdırma işləri üçün mümkün olacaq:

"Hazırda nərə balığının ticarət məqsədilə ovu qadağandır. 5 sahilaynı ölkənin ehtiyatları bərabər deyil və ölkələr ehtiyatları araşdırmaq və onu bərpa etməkdədirlər".

N.Xunmirzayinin sözlərinə görə, ölkələrin ehtiyatlarının bərpası üzrə zaman cədvəli tənzimlənib.

Təşkilat rəsmisi qeyri-qanuni ovla mübarizə ilə əlaqədar protokolun ilkin mətninin Türkmənistanın Aşqabad şəhərində keçiriləcək işçi qrupunun iclasında araşdırılacağını deyib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR