Xəbərlər

“Neftçi”nin futbolçusu xəstə olan xanımına görə Ukraynaya getdi - FOTO

  • 17 Dec 2019
  • 57064 baxış

"Neftçi"nin ukraynalı legioneri Kiril Petrov üçün il bitib.

XalqTv.com sportinfo.az-a istinadən xəbər verir ki, müdafiəçi 2019-da Bakı klubunun formasını geyməyəcək.

Dünən "Sumqayıt"la Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununu buraxan oyunçu cavab matçına da çıxmayacaq.

Petrova vacib oyunöncəsi icazə verilməsinin səbəbi ailəsindəki problemdi. Xanımı xərçəngə tutulan legioner rəhbərlikdən icazə alıb. Həyat yoldaşının müalicəsi davam edir, amma hazırda onun vəziyyəti ağırdır.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR