Xəbərlər

Məhkəmə Mübariz İbrahimovu təhqir edən psixoloqun şikayətini təmin etmədi - Küçə süpürəcək

  • 17 Dec 2019
  • 678960 baxış

Bakı Apellyasiya Məhkəməsində psixoloq Nərmin Şahmarzadənin barəsində olan qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb. 

XalqTv.com oxu.az-a istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, N.Şahmarzadənin şikayəti təmin edilməyib. Xətai Rayon Məhkəməsinin qərarına əsasən, o, Xətai rayonu ərazisində küçə süpürəcək. N.Şahmarzadə 400 saat ictimai işlər cəzası alıb. 

İttihama görə, N.Şahmarzadə "Facebook" profilində Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edib. Daha sonra M.İbrahimovun anası Şamama İbrahimova psixoloqu xüsusi ittiham qaydasında məhkəməyə verib, onun cəzalanmasını istəyib. 


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR