Siyasət

XƏBƏR LENTİÖLKƏSİYASƏTİQTİSADİYYATİDMANDÜNYAMARAQLISAĞLAMLIQDAYTUBE ƏLAQƏREKLAM11:38 Trend.AzDay.AzA

  • 17 Dec 2019
  • 87503 baxış

"Gələn ildən subsidiyalar elektron formada veriləcə

XalqTv.com Trend-ə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

O bildirib ki, bunun üçün elektron kənd təsərrüfatı sistemi artıq fəaliyyətə başlayıb: "Elektron kənd təsərrüfatı sistemində 420 mindən artıq sahibkar qeydiyyatdan keçib. 240 mindən çox fermer əkin sahələri barədə məlumatları elektron sistemdə bəyan edib ki, bu da subsidiyaların verilməsinin daha şəffaf keçirilməsinə şərait yaradacaq. Aqrar sahəyə dövlət dəstək verir və bu proses davam edir. Dövlət tərəfindən aqrar sahənin inkişafı üçün fermerlərə gübrə və subsidiyalar verilir".

Qeyd edək ki, bu gün Bakıda Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində ərzaq və kənd təsərrüfatı sahəsində özəl sektorun rolunu əks etdirən seminar işinə başlayıb.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR