SAĞLAMLIQ

Boğaz ağrısı zamanı nə etməli?

  • 17 Dec 2019
  • 65801 baxış

Udqunan zamanı olan boğaz ağrısı ilə əksəriyyətimiz tanışıq. Çox vaxt bu simptom bizi soyuqluqlama zamanı müşayiət edir. Biz cızılma, yanma, qıcıqlanma, göynəmə, "yad cisim" hissiyatını hiss edirik.

Boğaz ağrısının səbəbləri. Çox vaxt boğaz ağrısı, burun-udlaq və qırtlağın iltihabi xəstəliklərinə (faringit, laringit, tonzillit və ya angina) səbəb olan virus, bakterial və ya göbələk infeksiyasının əlamətləridir. Boğazın bakteriya və viruslarla yoluxmasına səbəb olan amillər bunlar ola bilər: soyuqlama, quru hava, tənəffüs yollarının qıcıqlandıran maddələrin təsirinə məruz qalması, soyuq içkilərin istifadəsi, travmalar (məsələn, boğazın balıq sümüyü ilə zədələnməsi), bədənin ümumi müqavimətinin azalması (xroniki xəstəliklər, stress zamanı).

Həmçinin, boğaz ağrısı digər səbəblərdən də meydana çıxa bilər: allergiya (çiçəklərin tozcuğu, toz, kif, ev heyvanlarının kəpəklərinə), həddindən artıq quru, qapalı havaya spesifik reaksiya, müxtəlif qıcıqlandırıcılar, həzm pozğunluqları və s.

Boğaz ağrısını profilaktikası. Boğaz ağrısına səbəb ola biləcək xəstəliklərin, o cümlədən udma zamanı xəstəliklərin qarşısının alınması daxildir: spirtli içki və siqaretdən imtina etmək, soyuqdan uzaq olmaq, ümumi immuniteti gücləndirmək, şəxsi və ümumi gigiyena qaydalarına əməl etmək, boğaz ağrısına səbəb ola biləcək digər xəstəliklərin müalicəsini etdirmək (sinusit, karies, otit).

Boğaz ağrısının müalicəsi üsulları. Xəstəlik zamanı ədviyyatlardan qaçın - boğazı qıcıqlandırırlar. Yediyiniz hər bir şey ilıq olmalıdır - soyuq və ya çox isti temperatur zədələnmiş selikli qişanı qıcıqlandırır. Vaxtında başlanan ağız yaxalamaları xəstəliyin daha da ağırlaşmasına mane ola bilər. Müalicəvi sorma həblərdən istifadə edin. Sorma və çeynəmə zamanı çox miqdarda tüpürcək ifraz olunur ki, bu da antiseptik və müalicəvi xüsusiyyətlərə malikdir.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.

Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45755 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 627 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 628 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 600 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 703 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO