Hollandiyadan çətin qələbə, İtaliya San Marinoya rəhm etmədi
Avropa və dünyanın yaşıl meydanlarında bir neçə beynəlxalq yoldaşlıq oyunu baş tutub.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, Hollandiya yığması Mərakeş, Fil Dişi Sahili Benin, İtaliya millisi isə San Marino ilə sınaq matçına çıxıb.
Şimali afrikalılar qarşısında çətin anlar yaşayan hollandlar yekunda qələbə qazanmağı bacarıb. Matçın gedişində meydanda azlıqda qalmasına baxmayaraq "narıncılar" yekunda 2:1 hesablı qələbəni bayram edə biliblər.
Fil Dişi Sahili - Benin görüşündə isə qalib müəyyənləşməyib. Hərəyə bir qol vuran komandalar yekunda bərabərliyə razılaşıblar.
İtaliya millisi isə San Marinoya növbəti ağır məğlubiyyətini yaşadıb. "Milan"lı Lapadulanın "het-trik" etdiyi matçda əsası gənclərdən qurulan "skuadra-azzurra" 8:0 hesablı darmadağına imza atıb.
Beynəlxalq yoldaşlıq oyunları
31 may
Mərakeş - Hollandiya - 1:2
Qollar: Bussufa, 72 - Promes, 22, Yansen, 68
Fil Dişi Sahili - Benin - 1:1
Qollar: Diabete, 69 - Yarou, 80
İtaliya - San Marino - 8:0
Qollar: Lapadula, 10, 19, 49, Ferrari, 13, Petanya, 16, Kaldara, 48, Politano, 58, Bonini, 65 (öz qapısına)
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində