Xəbərlər

Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətləri cəlb edir

  • 10 Dec 2019
  • 6333349 baxış

Marşrut şəbəkəsini genişləndirmək və sərnişin axınını artırmaq məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportu iri sərnişin aviadaşıyıcılarının cəlb edilməsi və yeni istiqamətlərin açılması üzrə genişmiqyaslı işlər aparır.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən XalqTv.com-a verilən məlumata görə, hava limanının rəhbərliyi dünyanın müxtəlif şəhərlərindən Bakıya müntəzəm uçuşlar həyata keçirə biləcək beynəlxalq sərnişin hava yolları ilə fəal danışıqlar aparır.

"Bu fəaliyyət çərçivəsində 2019-cu il ərzində hava limanına beş yeni aviaşirkət - "Kuwait Airways", "UrAirlines", "Smartavia", "Flynas", "Pegasus" uçuşlar həyata keçirməyə başlamışdırlar. Ümumilikdə isə, keçən ildən bu yana yeni aviaşirkətlərin sayı 11-ə çatmışdır. Onların arasında "Etihad Airways", "IranAir",  "GulfAir", "Arkia", "Nordwind" və s. kimi aviaşirkətlər var", - Teymur Həsənov bildirmişdir.

Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportu 60 beynəlxalq istiqamət üzrə uçuşlar yerinə yetirən 34 aviaşirkətə xidmət göstərir. 34 aviaşirkətin doqquzu - "Buta Airways" (21 istiqamət), "WizzAir" (Budapeşt), "AirBaltic" (Riga), "Pegasus Airlines" (İzmir), "Flynas" (Ər-Riyad), "FlyDubai" (Dubay), "AirArabia" (Sharjah), "Jazeera Airways" (Küveyt), "Smartavia" (Sankt-Peterburq) daxil olmaq ilə aşağıbüdcəli aviaşirkətdir.

Həsənov bildirmişdir ki, yeni uçuşların açılması və sərnişin aviaşirkətlərinin cəlb edilməsi Bakının hava limanından uçuşların coğrafiyasını genişləndirəcək və sərnişinlərə uzaq məsafəli və rahat uçuşlar üçün daha çox imkanlar yaradacaq.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR