Hadisə

Gəncədə 60 yaşlı kişi dərmandan zəhərlənib öldü

Masya
Masya
  • 09 Dec 2019
  • 3201527 baxış

Gəncədə dərman zəhərlənməsindən ölüm hadisəsi baş verib.

XalqTv.com Trend-ə istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Məhərrəmli Məzahir Hökmalı oğlu xəstəliyi ilə bağlı dərman qəbul edib. Bir müddətdən sonra M.Məhərrəmlinin vəziyyəti daha da ağırlaşıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yərləşdirilən xəstəyə ilkin tibbi yardım göstərilsə də, xeyiri olmayıb. M.Məhərrəmlinin həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, M.Məhərrəmli xəstəliyi ilə əlaqədar qəbul etdiyi dərman preparatını həkim təyinatı olmadan içib və zəhərlənmədən ölüb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR