Xəbərlər

Yeni Zelandiyada vulkan püskürdü - 5 nəfər öldü, itkin düşənlər var

  • 09 Dec 2019
  • 322909 baxış

Yeni Zelandiyada Uayt Aylend vulkanının püskürməsi nəticəsində azı 5 nəfər həlak olub.

XalqTv.com Trend-ə istinadən bildirir ki, itkin düşənlərin olduğu da deyilir.

Polis indiyədək 23 nəfərin xilas edildiyini bildirib. Hadisə yerində axtarış-xilasetmə işləra aparılır.

Bölgə rəhbərliyi turistlərə vulkan ərazisinə yaxınlaşmamağı tövsiyə edib.

Uayt Aylend hazırda ən fəal vulkanlardan biri olsa da, turistlər arasında ən populyar bölgələrdən hesab olunur.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR