idman

Ronaldunun oğlu ən yaxşı hücumçu seçildi

  • 09 Dec 2019
  • 32565 baxış

"Yuventus"un Kriştianu Ronaldunun oğlu Turin klubunun U-9 komandasının heyətində iştirakçısı olduğu "Trophеe Cavour" turnirində ən yaxşı hücumçu seçilib.

XalqTv.com qol.az-a istinadən xəbər verir ki, o, turnirdə  3 qol vurub. 9 yaşlı kiçik Ronaldunun komandası finalda "Kyeri"yə 3:2 hesabı ilə qalib gələrək yarışın qalibi olub.

Qeyd edək ki, Kriştiano Ronaldu 2018-ci ilin yayından "Yuventus"da oynayır. Onun oğlu da həmin vaxtdan İtaliya klubunun akademiyasına qoşulub.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR