Xəbərlər

“Qulağıma yazığım gəlir” - Musiqili meyxananı qəbul etməyən Nadir Qafarzadə - VİDEO - FOTO

Masya
Masya
  • 06 Dec 2019
  • 69885 baxış

XalqTv.com  xəbər verir ki, sənətçi gitara ifaçılarının təkrarçılığa yol verdiklərini deyib:

"Hərəsi əlinə bir gitara alıb. Gitara ilə oxumaq sənət deyil. Səhnəyə çıx, canlı oxu. Hamısı da türk ifaçılarının boğazlarını edirlər. Bənzərlik çoxdur, biz təzə səs axtarırıq. Yol ver başqaları gəlsin. Kiminsə yerini tutursan. Mən bu günə kimi gəlib çıxmışamsa, demək ki, nəsə var. Üzərində işləməlisən. Gənclər, əgər yadda qalmaq istəyirsinizsə, fərqli oxumalısınız. Öz üslubunuz olmalıdır".

İfaçı musiqili meyxana janrını da qəbul etmədiyini bildirib:

"Meyxananı bilirəm, amma musiqili meyxananın nə olduğunu bilmirəm. Dinləmirəm, qaçıram, çünki qulağıma yazığım gəlir. Bunları dinləyəmə məcbur deyilik".


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR