Xəbərlər

Rusiyalı reper azərbaycanlı meyxanaçı ilə duet oxudu - VİDEO

  • 06 Dec 2019
  • 282 baxış

XalqTv.com  axşam.az-a istinadən bildirir ki, o, "Youtube" platformasında 6 milyona yaxın baxış yığan azərbaycanlı meyxanaçı Elsəvər Qəmlinin mahnısını bəyənərək onunla duet oxuyub.

Belə ki, 5 il öncə platformaya yerləşdirilən "У моей девушки день рождения" adlı mahnı Doninin diqqətini cəlb edib. O, nəqarət hissəsini götürərək müğənninin mahnısı əsasında rep yazıb və "Youtube"a yerləşdirib.

"Bəzi ifaçılar bu mahnını fərqli təqdim etdilər. Amma mən bəstənin ilk ifaçısı Elsəvər Qəmli ilə əlaqə saxlayıb, mahnıya başqa yöndən yanaşdım. Nəticədə mahnı yüksək keyfiyyətlə işıq üzü gördü" deyə, Doni yazıb.

Mahnı bir neçə saata 10 min dəfə dinlənilib.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR