Xəbərlər

Rafael İsgəndərov: “Gözəl qadınları oynaya bilmirəm”

Masya
Masya
  • 06 Dec 2019
  • 64118 baxış

"İki musiqiçi puldan ötrü vəziyyətdən istifadə edib, qadın toylarında çıxış etməyə başlayır. Təbii ki, qrimdə və kostyumda. Çörək pulu qazanmağa çalışırlar və müxtəlif komedik situasiyalara düşürlər".

XalqTv.com bildirir ki, bu sözləri aktyor Rafael İsgəndərov premyerası dünən keçirilən "Şabaş" filmində canlandırdığı obrazı haqqında publika.az-a danışarkən deyib.

Tərəf müqabili ilə müqayisədə qadın rollarına daha az müraciət edən ulduz bildirib ki, gözəl xanımları oynaya bilmir:

"Coşqun da, mən də konsertlərdə qadın rollarına giririk. Onun payına daha çox qadın obrazları düşür. Lakin bütün konsertlərdə mütləq ki, mən də qadın rollarını oynayıram. Məsələ ondadır ki, gözəl qadınları oynaya bilmirəm. Bu qaş-gözlə bəxtimə kifir qadınları oynamaq düşür".

Aktyor daha sonra dram filmində rol almaq arzusunu dilə gətirib:

"Əgər dövlət səviyyəsində bir layihə olarsa, fikirləşmək olar, niyə də yox. Vaxtilə Gənc Tamaşaçılar Teatrında dram rollarını çox oynamışıq. "Qrinviç meridianından kənarda" adlı qısametrajlı layihədə dram rolunda çəkilmişəm, lakin tammetrajlı film olmayıb. Teatra qayıtmaq haqqında nə mən, nə də Coşqun hələ fikirləşmirik. Teatra qayıtmaq o halda mümkün olar ki, öz truppamızı yaradaq. Bu barədə "Bu şəhərdə" komandasının inşallah 20 illiyi tamam olandan sonra düşünəcəyik".


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR