Xəbərlər

Lyubanın Cümşüd Nuriyevə etirazı - FOTO

Masya
Masya
  • 29 Nov 2019
  • 65458 baxış

Ötən gün İTV-də yayımlanan "3D" proqramında AzTV-dəki çıxışı ilə sosial şəbəkələrdə tənqid edilən politoloq Cümşüd Nuriyev olub.

XalqTv.com axşam.az-a istinadən bildirir ki, bu zaman verilişin aparıcısı Dadaş Dadaşlinskinin katibəsi obrazını canlandıran Lyuba qonağa etiraz edib.

Belə ki, adətən, qonaqları qarşılayan və onu D.Dadaşlinskinin otağına yola salan Lyuba bu dəfə yerində əsgər geyimində əyləşib və C.Nuriyevə reaksiya verməyib.

Masasanının yanına "Qadına hörmət et!" yazılı plakat saxlayan Lyuba qonağın adını belə tələffüz etməyərək, ona etirazını bildirib.

Qeyd edək ki, C.Nuriyev AzTV-də yayımlanan "Əsas məsələ" proqramında  "Xalq cəbhəsinin bir batalyonu var idi. Batalyona Xanım Xəlilova başçılıq edirdi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idi, onlar kişi söyüşləri ilə ordaydılar" sözlərini işlətmiş, daha sonra sözlərinə görə üzr istəmişdi.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR