Hadisə

Ağcabədidə baş verən yol qəzasında iki nəfər yanaraq ölüb - FOTO

Masya
Masya
  • 29 Nov 2019
  • 76322 baxış

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən XalqTv.com verilən məlumata görə, Ağcabədi rayonunun Avşar kəndində "VAZ" markalı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən birinin yanar hissələri yanıb. Yanğının kəşfiyyatı zamanı avtomobildə aşkarlanan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Baş verən yol qəzasında avtomobildə yanaraq ölən şəxslərin kimliyi məlum olub.

Qəza nəticəsində "VAZ-21099"un sürücüsü, Ağcabədi rayon Pəroğullar kənd sakini, 1952-ci il təvəllüdlü Dədəkişiyev Hüseyn Məhəmməd oğlu və onun həyat yoldaşı, 71 yaşlı Dədəkişiyeva Güllü Fərrux qızı  yanaraq ölüblər. 

Qəza nəticəsində "VAZ-2107" markalı, 10 CF 494 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, rayonun Xocavənd qəsəbə sakini Məmmədov Orxan İlham oğlu xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR