Xəbərlər

Sabunçuda yol bərbad haldadır - FOTO

Masya
Masya
  • 25 Nov 2019
  • 5264 baxış

Bakının Sabunçu rayonunda yol bərbad vəziyyətdədir.

XalqTv.com oxu.az-a istinadən xəbər verir ki, Ramana qəsəbəsi, Şuşa şəhərciyinin sakinləri yolsuzluqdan əziyyət çəkir.

Sakinlər bildirir ki, şəhərciyin giriş hissəsinə yol çəkilsə də, daxili küçələr bərbad haldadır. Dəfələrlə aidiyyəti qurumlara, eləcə də, Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, onların şikayətinə baxılmayıb.

Yolla bağlı problem qış aylarında daha aktual olur. Bir neçə gündür yağan yağış onların gediş-gəlişində çətinliklər yaradıb. 


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR