idman

"Sevilya" - "Qarabağ" oyununun hakimləri açıqlandı

Masya
Masya
  • 25 Nov 2019
  • 25513 baxış

Avropa Liqasının qrup mərhələsinin V turunda keçiriləcək "Sevilya" - "Qarabağ" matçının hakimləri məlum olub. 


XalqTv.com xəbər verir ki, qarşılaşma İsveçdən olan ədalət təmsilçilərinə həvalə edilib. Görüşün baş hakimi Məhəmməd Əl-Hakim olacaq. Ona Fredrik Kliver və Mahbod Beygi kömək edəcək. Dördüncü hakim funksiyasını isə Martin Strömberqsson yerinə yetirəcək.


Noyabrın 28-də keçiriləcək "Sevilya" - "Qarabağ" oyunu saat 00:00-da start götürəcək.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR