Xəbərlər

Kafedə hamilə qadına hücum etdilər - VİDEO

Masya
Masya
  • 22 Nov 2019
  • 6380 baxış

Avstraliyanın Sidney şəhərində Rəna Ələsmər adlı müsəlman qadın rəfiqələri ilə birlikdə kafedə oturarkən hücuma məruz qalıb. 

XalqTv.com xəbər verir ki, yerli polis orqanları 38 həftəlik hamilə qadına hücum edən şəxsin adının Stip Lozina olduğunu açıqlayıb. 

Sözügedən şəxs qadına yaxınlaşaraq, ona yumruq və təpiklə zərbə endirib. Aldığı zərbələr nəticəsində yerə yıxılan qadının köməyinə rəfiqələri və kafedəki digər müştərilər gəlib.

Ölkədə və sosial şəbəkələrdə kəskin reaksiyaya səbəb olan hadisə bir çoxları tərəfindən “irqçilik” kimi qiymətləndirilib. Lozinanın hücum zamanı islam dini əleyhinə fikirlər səsləndirdiyi qeyd edilib.

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR