Xəbərlər

Ədliyyə Nazirliyi: "Bələdiyyələr yaradılan imkanların heç 50 faizindən istifadə etmir"

  • 22 Nov 2019
  • 2680 baxış

"Bu gün bələdiyyələr onlar üçün yaradılan imkanların heç 50 faizindən istifadə etməyiblər. Əgər bu imkanlardan 100 faiz yox, hələ 90 faiz istifadə olunsaydı, görün hansı səviyyədə işlər görülə bilərdi".

XalqTv.com Trend-ə istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədov "Gender əsaslı Bələdiyyə Akademiyası"nın açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bələdiyyələrin problemi təkcə onların səlahiyyətləri ilə bağlı deyil.

"Bələdiyyələrin səlahiyyətləri kifayət qədər genişdir. Sadəcə bir az təşəbbüskarlıq, fəallıq ən böyük çatışmazlıqlarından biridir. Maliyyə resursları bələdiyyələrin passivliyi və məsuliyyətsizliyi ucbatından kifayət qədər istifadə olunmur. Ancaq elə bələdiyyələrimiz də var ki, bu resurslardan yaxşı istifadə edir. Bəzən insanlarda elə təsəvvür yaranır ki, bələdiyyələr passivdirlər".


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR