Hadisə

Bir alim,bir ana itirdik. HAQQ dünyasına qovuşdu Sona Bəhlulqızı

  • 21 Nov 2019
  • 400 baxış

Yusifovlar nəslindən bir yarpaqda bu payızın xəzəlinə qarışdı…….Qərbi Azərbaycan nisgilini ürəyində daşıyırdı Sona xanım.O Sona xanım ki,geniş xeyriyyəçilik fəaliyyəti ilə çox qəlbləri sevindirmişdi,çox əlil uşaqların könlünü oxşamışdı.
Böyük alim,böyük nəslin davamçılarından idi ,əsil ziyalı idi.
İş yoldaşları,tələbələri,qohumları və övladları üçün bir nisgil qoyub tərk etdi bu nahaq dünyamızı.
Sevimli qardaşı qızı Nailə Yusifqızından eşidəndəki Sona xanım Haqq dünyasına köç edib,elə yerimdəcə heykələ döndüm,qəhər məni boğdu.Səhərisi çöhrəsində həmişə gülüş olan ,mənə doğmadan-doğma İnsan Sona Bəhlul qızı ilə vida mərasiminə Təzə Pir məscidinə tələsdim,ilk öncə oğlu Əmir Hüseynov və qızı Gülnarə Hüseynovaya baş sağlığı verdim.Məni göz yaşları ilə qarşılayan Pərvin balamızı,Sona xanımın balam deyə əzizlədiyi Pərvin qızımızı ovundurdurmağa çalışdım.YASİN surəsini avazla mərhumə xanıma çatdıran mollanın səsi hamını qəhərə boğmuşdu…….
Sonra Mərdəkan qəbirstanlığında uyuyan həyat yoldaşı Musa Əhliman oğlu Hüseynovun yanında torpağa tapşırıldı Sona Bəhlul qızı.Elə həmin gün ruhları qovuşdu…..bizi təcübləndirən bir sarı hamilə pişik qəbirə düşməyə can atırdı,mərhumənin qızı Gülnarə xanım bu heyvancığazı qucağında saxlamaq qərarına gəldi və bir ana qucağında yuxuya gedən bu pişiyin bu hərəkəti heç kimin gözündən qaçmadı…..
…….Sona Bəhlul qızı Yusifova 21 sentyabr1941-ci ildə İrəvanda anadan olmuşdu.
Azərbaycan Neft Akademiyasının dosenti idi.Dünyasını dəyişən günə qədər sevimli kollektivi və sevimli tələbələri ilə birgə idi,hamını öz dili ilə danışdıran bu mərhumə xanım heç vaxt qəlb sındırmadı və xeyriyyəçiliyindən qalmadı.

19 noyabr əbədi gözlərini yumdu Sona Bəhlul qızı…..
20 noyabr dəfn olundu….
Mərdakan qəbirstanlığında oğlu Əmirə,qızı Gülnarə xanıma baş sağlığı verərək bu yazını qələmə aldım.
Doğmadan-doğma Sona Bəhlul qızı yerin B E H İ Ş T olsun.
Sizi həmişə xatirələrimdə yaşadacağam……
Ruhun şad olsun.
Allah rəhmət eləsin.!

Hacı Azadə-Taleh Abbasqızı
Həkim-jurnalist
Prezident təqaüdçüsü
20.11.2019

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR