idman

Mbappe üçün 380 milyon avroluq sərmayə

  • 27 Oct 2019
  • 58235 baxış

PSJ-nin hücumçusu Kilian Mbappe uğrunda mübarizəyə daha bir komanda qoşulub.

XalqTv.com matc.az-a istinadən xəbər verir ki, "Real Madrid" və "Barselona"ya indi də "Yuventus" rəqib olub.

"Qoca sinyora" rəhbərliyi ulduz futbolçu üçün transfer strategiyası hazırlayır. Turin təmsilçisi gənc oyunçunun keçidinə 380 milyon avro sərmayə ayırmağı planlaşdırır. İtalyanlar bu məbləğin transfer xərclərini və futbolçunun 5 il ərzində maaşını ödəməyə kifayət edəcəyini düşünür.

Qeyd edək ki, PSJ-nin "Monako"dan 180 milyon avroya aldığı Kilian Mbappenin parislilərlə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi. 


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR