Xəbərlər

4500 yaponiyalı evinə qayıda bilmir

  • 27 Oct 2019
  • 67356 baxış

Yaponiyada "Haqibis" qasırğasından iki həftə ötməsinə baxmayaraq, 4,5 min insan evinə qayıda bilmir.

XalqTv.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" ölkənin Nazirlər Kabinetinin məlumatlarına əsasən xəbər verib.

Güclü qasırğa oktyabrın 12-də baş verib. Nəticədə 77 mindən çox yaşayış evi qismən zərər çəkib və ya tamamilə dağılıb. 5 min ev indiyədək susuz qalıb. 88 nəfər qasırğa qurbanı olub. 7 nəfər itkin düşmüş hesab olunur. Zərər çəkənlərin sayı 400-ü örtüb.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR