Xəbərlər

Dünyanın ən güclü gümüşü yaradıldı

Masya
Masya
  • 13 Oct 2019
  • 31877 baxış

ABŞ elm insanları, dünyanın ən güclü gümüşünü yaratdı. Elm insanları yaratdıqları bu gümüşlə təyyarələrin ağırlığını yüngülləşdirəcəklərinə və nüvə enerji stansiyalarını daha etibarlı bir hala gətirəcəklərinə inanırlar.

ABŞ-ın Vermont Universiteti daxilində araşdırmalarını davam etdirən elm insanları, bu günə qədər əldə edilmiş ən güclü gümüşü yaratmağı bacardılar. Elm insanları, yaratdıqları gümüşün bilinən ən güclü gümüşdən 42% nisbətində daha güclü olduğunu müəyyən etdiklərini açıqladılar. Elm insanları, bu vəsaitin bənzərlərinə nisbətlə çox daha güclü olmasına baxmayaraq elektrik keçiriciliyində hər hansı bir problemin yaşanmadığını söyləyirlər.

Elm insanları, yaratdıqları bu gümüşün güc və elektrik cərəyanı daşıma qabiliyyətinin, mövcud sənaye və ticari vasitələrə nisbətdə xeyli yüksək olduğunu açıqladılar. Elm insanlarına görə bu gümüş, sektordakı bütün tarazlıqları alt-üst edə biləcək xüsusiyyətdədir.

Normal şərtlərdə elm insanları, hər hansı bir metalı gücləndirmək istədikləri zaman müxtəlif xəlitələr meydana gətirirlər, ancaq bu da elektrik keçiriciliyinin düşməsinə səbəb olur. Bu dəfə isə elm insanları, meydana gətirdikləri gümüşə yalnız bir miqdar mis əlavə etdilər və gücləndirmə əməliyyatını bu yolla təmin etdilər. Qrup eyni zamanda, məhsulun elektrik keçiriciliyindən də bir şey itirməmiş oldu.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR