Xəbərlər

NATO-nun baş katibi Türkiyəni təmkinli olmağa çağırıb

  • 12 Oct 2019
  • 34755 baxış

NATO-nun baş katibi Yens Stoltenberg Türkiyənin təhlükəsizlik narahatlığını bütüvlükdə anladığını etiraf edib, lakin Suriyanın şimal-şərqinə hücumlarında bu ölkəni təmkinli olmağa çağırıb.

Birləşmiş Ştatlar prezidenti Donald Trumpın bu həftənin əvvəlində Suriyanın şimal-şərqindəki qüvvələrini gözlənilmədən geri çəkməsindən sonra Stoltenberq qeyri-müəyyənlik içərisində olan bölgə haqda müzakirələr aparmaq məqsədilə prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mevlut Çavuşoğlu ilə görüşmək üçün Türkiyəyə gedib.

Birləşmiş Ştatlar Türkiyənin terrorçu təşkilat kimi tanıdığı kürdlərin başçılıq etdiyi "Suriya Demokratik Qüvvələri"nə dəstək verirdi.

Birləşmiş Ştatlar ordusunu bölgədən çıxaran kimi Türkiyə terrorizmə qarşı mübarizə aparmaq üçün bir dəqiqə belə gözləməyəcəyini deyərək, Suriyanın şimal sərhədində hərbi əməliyyatlara başlayıb. Türkiyə ordusu hücumlarını davam etdirdiyi üçün cümə günü də sərhəddəki Ras Əl-Əyn və Təl Abyad şəhərində partlayışlar olduğu bildirilib.

Çavuşoğlu ilə birlikdə mətbuat konfransında iştirak edən edən Stoltenberq Türkiyənin həyata keçirdiyi əməliyyatlarla bağlı narahatlığını ifadə edib.

"Nazir Çavuşoğlu ilə Türkiyənin Suriyanın şimalında davam edən əməliyyatını müzakirə etdik. Mən davam edən əməliyyatların bölgədəki sabitsizliyi daha da artıracağı və daha da çox insanın əzab çəkəcəyi ilə bağlı ciddi narahatlığımı bölüşdüm. Türkiyənin qanuni olaraq təhlükəsizliyi ilə bağlı narahatlıqları olsa da, mən Türkiyənın təmkinli davranmasını istəyirəm" - deyə, Stoltenberq bildirib.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR