Xəbərlər

Aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatının mükafatlandırma mərasim

  • 12 Oct 2019
  • 34778 baxış

Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatının mükafatlandırma mərasimi olıub.

XalqTv.com Trend-ə istinadən bildirir ki, balacalar (2011-2012) yaş kateqoriyasında qarışıq cütlüklərdə çıxışda birinci yeri Ayan Qasımova və Mahmud Rüstəmli, ikinci yeri Zemfira Qasımzadə və Arif Məmmədzadə, üçüncü yeri Ayan İsgəndərli və Əkbər Məmmədli tutub.

Balacalar yaş kateqoriyasında üçlükdə çıxış zamanı birinci yeri Qəmər Ağaqulu, Mahmud Rüstəmli və Ayan Qasımova, ikinci yeri Mehin Məmmədli, Dəniz Əlizadə və Leyla Heydərova, üçüncü yeri Ayan Talıbova, İnara Rüstəmova və Nərmin Hüseynova tutub.

"Uşaqlar" (2008-2010) yaş kateqoriyasında üçlük tərkibində birinci yeri Məryəm Topçubaşova, Fidan İbrahimova və Evelina Kozlovskaya, ikinci yeri Liana Nurbaqandova, Nəzrin Sadıxova və Jasmin Muradlı, üçüncü yeri Nərmin Abdullayeva, Məryəm Səfərova və Dana Dadaşova tutublar.

"Yeniyetmələr" (2005-2007) yaş kateqoriyasında üçlük tərkibində birinci yeri Sənəm Kazımova, Sara Əlixanlı və Aliyə İsmayılova, ikinci yeri Nəzifə Tağıyeva, Melisa Kaysı və Aydan Şirinli tutub.

"Böyüklər" yaş kateqoriyasında (2001-ci il və daha böyük) üçlük tərkibində birinci yeri Elçin Məmmədov, Emil Quliyev və Vladimir Dolmatov, ikinci yeri Nərminə Hüseynova, Balaxanım Əhmədova və Mədinə Mustafayev tutublar.

Bütün gimnastlar "Ocaq Sport" klubunun təmsilçiləridir.

Qeyd edək ki, 10-13 oktyabr tarixlərində bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi, 6-cı Bölgələrarası Kubok və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı keçirilir.

4 günlük yerli turnirə ilk olaraq bədii gimnastlar start verəcək. İştirakçılar yarışlar ərzində "gənclər", "yeniyetmələr", "uşaqlar" və "balacalar" yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.

Aerobika gimnastları isə "böyüklər", "gənclər", "yeniyetmələr", "uşaqlar" və "balacalar" yaş kateqoriyasında yer alaraq, fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramında çıxış edəcəklər.

Gimnastikanın hər iki növü üzrə yarışlarda Bakı şəhəri və bölgələr üzrə ümumilikdə 300-dən çox idmançının iştirakı gözlənilir.

Bakı şəhəri üzrə Bakı Gimnastika Məktəbi, "Ocaq Sport", "AyUlduz", "Gymkids" Klublarının, "Zirvə International", Zabrat İdman Klublarının, Respublika Kompleks İdman Məktəbinin, Şağan Olimpiya İdman Kompleksinin, eləcə də Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, İsmayıllı, Göyçay, Zaqatala, Kürdəmir, Qusar, Şirvan və Masallı təmsilçiləri birincilik uğrunda yarışacaq.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR