Xəbərlər

Qatar sərnişin avtobusuna çırpıldı: 9 ölü, 13 yaralı - FOTO

Masya
Masya
  • 12 Oct 2019
  • 36357 baxış

Meksikada qatar və sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.

XalqTv.com Avtosfer.az-a istinadən xəbər verir ki, insident ötən gün San-Xuan-del-Rio bələdiyyəsi ərazisində qeydə alınıb. Bu barədə "Excelsior" nəşri məlumat yayıb.

Məlumata görə, 21 yaşlı sürücü qatarın yaxınlaşdığı zaman avtobusu hərəkət etdirərək dəmir yolu keçidindən keçmək istəyib. Ancaq buna vaxt çatmayıb, qatar avtobusa çırpılıb.

Nəticədə 9 nəfər dünyasını dəyişib, sürücü ilə birlikdə daha 13 nəfər isə xəsarət alıb. Onlardan altısının vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə yerinə xilasetmə və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR