Hava

Yağış, sulu qar yağacaq - İstirahət gününün HAVAsı

Masya
Masya
  • 12 Oct 2019
  • 39782 baxış

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XalqTv.comverilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq.

Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-24° isti, Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-60 % olacaq.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
XalqTV
Sabahın HAVAsı
  • 10 Apr 2019
  • 436 baxış
XalqTV
Yağış yağacaq - HAVA PROQNOZU
  • 12 Sep 2019
  • 983163 baxış