Xəbərlər

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi Azərbaycana 10 milyon dollar qrant ayıracaq

Masya
Masya
  • 27 Sep 2019
  • 78652 baxış

"Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycana on milyon dollar məbləğində qrant ayırmaq niyyətindədir".

XalqTv.com  Trend-ə istinadən xəbər verir ki, bunu Agentliyin Azərbaycan ofisinin direktoru Pak Kumok İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasındakı "Ağıllı körpü" birgə treninq layihəsinin başa çatmasına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, bu günədək KOICA-nın Azərbaycana investisiyaları 60 milyon dollar təşkil edib.

P.Kumok əlavə edib ki, bu il Azərbaycanla Cənubi Koreya arasında çərçivə sazişi imzalanıb:

"Sazişin imzalanması ilə bir neçə istiqamətdə qrantın verilməsi gözlənilir. Növbəti 3 il ərzində kənd rayonlarının inkişafı və innovasiyalar sahəsində on milyon dollaradək qrantın ayrılacağı gözlənilir".


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR