Xəbərlər
Bakıda avtomobil qaz xəttini zədələdi - 2 min nəfər qazsız qaldı
Binəqədi rayonu, Sulutəpə qəsəbəsində avtomobil qəzası zamanı diametri 159 mm olan qaz xətti zədələnib və qaz sızması aşkarlanıb.
"Azəriqaz" İstehsalat Birliyindən XalqTv.com-a verilən məlumata görə, baş verənlərin aradan qaldırılması üçün bu gün saat 10:00-dan təmir işlərinə start verilib.
Təmir başa çatana qədər həmin ərazidə 2 min istehlakçının qaz verilişində fasilələr tətbiq olunacaq.
XalqTv.com
RƏYLƏR