Xəbərlər

Bədii gimnastika üzrə dünya çempionatının səfiri “Ocaq Sport” klubuna baş çəkib - FOTO

Masya
Masya
  • 12 Sep 2019
  • 9971 baxış

Bədii gimnastika üzrə 37-ci dünya çempionatının səfiri, 1996-cı il yay Olimpiya Oyunlarının mükafatçısı Yana Batırşina Bakıda "Ocaq Sport" klubuna baş çəkib.

XalqTv.com Trend-ə istinadən xəbər verir ki, sabiq gimnast klubda gimnastika ilə məşğul olan məhdud fiziki imkanlı uşaqlarla və onların məşqçiləri ilə görüşüb.

O, uşaqların məşqlərini də izləyib.

KİV nümayəndələri ilə müsahibədə gimnast uşaqlarla görüşdən məmnun qaldığını bildirib.

Y.Batırşina onu da bildirib ki, dünya çempionatının başlamasını səbrsizliklə gözləyir:

"Çempionatda mənim favoritim yoxdur, mən səfirəm və ədalətli və maraqlı mübarizənin tərəfdarıyam. Bunun belə olacağına qətiyyən şübhə etmirəm, çünki yarış Olimpiya oyunlarına lisenziya verəcək".

Səfir əminliklə vurğulayıb ki, Bakıdakı dünya çempionatı ən yüksək səviyyədə keçəcək:

"Bəzi dekorasiyaları, Milli Gimnastika Arenasının zalının necə bəzədildiyini görmüşəm. Bilirəm ki, açılış mərasiminin bədii hissəsi şərq motivlərinə əsaslanır".

Sonda gimnast xatirə şəkli çəkdirib.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR