Mədəniyyət

Maestro Niyazinin xatirəsi anılıb

  • 21 Aug 2019
  • 431 baxış

Avqustun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı maestro Niyazinin anadan olmasının 107-ci ildönümü münasibətilə məzarı ziyarət olunub.

Daha sonra Niyazinin mənzil muzeyində Maestronun anadan olmasının 107-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. 

Tədbirdə görkəmli sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verilib, musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanıb.

Müxtəlif muzeyin arxiv materialları əsasında hazırlanmış Niyazinin həyat və yaradıcılığını əks etdirən slayd-şou, vaxtilə dirijoru olduğu konsertlərdən videofraqmentlər tədbir çərçivəsində nümayiş olunub.

Maestro ömrünün yarım əsrdən çoxunu Azərbaycan musiqisinə, Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsinə və inkişafına həsr etmişdir. O, çox böyük ustalıqla iki böyük sənəti: dirijorluq və bəstəkarlıq sənətini bir simada birləşdirməyi bacarmışdır. Niyazi Azərbaycan bəstəkarlıq məktəbinin ilk nümayəndələri sırasında simfonik janra müraciət etmiş və Azərbaycan simfonizminin inkişafı prosesində mühüm rol oynayan bir sıra əsərlər yazmışdır. Onun “Xosrov və Şirin”operası, “Rast” simfonik muğamı, “Çitra” baleti və onlarla irili xırdalı əsərləri musiqi xəzinəmizin dəyərli inciləridir.

Bir dirijor kimi Niyazi bütün həyatı boyu Azərbaycan musiqisində yaranmış yeni əsərlərin geniş təbliğində, beynəlxalq aləmdə şöhrət qazanmasında müstəsna xidmətlər göstərmişdi

Aygün Məmmədova

Xalq TV

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR