Mədənİyyət

Kitabxanada “Vətənpərvərliyin gənclər arasında təbliği” mövzusunda tədbir təşkil edilib

Masya
Masya
  • 21 Aug 2019
  • 12 baxış

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mirzə Ələkbər Sabir adına kitabxanasının kollektivi Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində olub.

Həmçinin mərkəzdə “Vətənpərvərliyin gənclər arasında təbliği” mövzusunda keçirilən tədbirdə səyyar kitab xidməti təşkil edilib.

Tədbirdə bildirilib ki, hər mövzuda təbliğat işləri ilə məşğul olan kitabxana vətənpərvərliyin, humanizmin, insan hüquqlarının, mübarizliyin gənclər və uşaqlar arasında təbliği yolunda faydalı işlər görür.

Sonda davamlı səyyar kitab xidməti ilə yanaşı, mərkəzin müxtəlif layihələrində də iştirak ediləcəyi qeyd edilib.

Aygün Məmmədova

Xalq TV

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR