Mədənİyyət

Respublika Gənclər Kitabxanasında “Əlilliyi olan şəxslərin hüquqları” adı altında dəyirmi masa keçir

Masya
Masya
  • 16 Aug 2019
  • 42 baxış

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 14 avqust 2019-cu il tarixində  “Əlilliyi olan şəxslərin hüquqları” adı altında dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 may 2018-ci il tarixli “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunu, əlilliyi olan şəxslərə göstərilən dövlət qayğısı və görülən işlər haqqında danışıb.

Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazımi bu oxucu qruplarına kitabxanalarda xüsusi  diqqət göstərilməli olduğunu vurğulayıb.

Yasamal rayon Ağsaqqallar Şurasının üzvü Rafiq Cavadov müvafiq icra hakimiyyətlərinin əlilliklə bağlı məsələlərə məsuliyyətlə yanaşmaları, problemlərinin həllində yardımçı olmaları mövzusunda çıxış etdi.

Kitabxananın əməkdaşlarından Almaz Əhmədova, Şəlalə Cəfərli, Xəyalə Məmmədova əlil oxuculara göstərilən kitabxana xidməti, ədəbiyyat seçimində kömək göstərilməsi, ünvana kitab çatdırılma və bu kimi görülən işlər haqqında ətraflı məlumat verdilər.

Aygün Məmmədova

Xalq TV




RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR