Xəbərlər

“Neftçi”nin rəqibi Bakıya itkilərlə gəlir

Masya
Masya
  • 07 Aug 2019
  • 3682 baxış

"Bney Yehuda" klubu Bakıya itkilərlə gəlir.

XalqTv.com komanda.az-a istinadən xəbər verir ki, bu gün Bakıya çatacaq "Bney Yehuda" ilk matç üçün tam heyətlə yollanmayıb. Komandanın kapitanı İtzik Azuz, eyni zamanda Amit Zenati və Eytan zədəlidir və bu futbolçular Bakıdakı qarşılaşmada iştirak etməyəcəklər. Baş məşqçi Yossi Abukasis futbolçuların İsraildə qalmasını və müalicələrinin davam etdirilməsini qərara alıb.

"Neftçi" - "Bney Yehuda" matçı sabah, saat 21:00-da start götürəcək. Cavab matçı bir həftə sonra İsraildə keçiriləcək.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR