Xəbərlər

Sumqayıtda 24 yaşlı gəncin ölümünə səbəb olan şəxs HAKİM QARŞISINDA

Masya
Masya
  • 07 Aug 2019
  • 56707 baxış

Sumqayıtda ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən Sahib Nadirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

XalqTv.com ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il iyun ayının 11-də Sumqayıt şəhərinin - 1-ci mikrorayon ərazisində qeydə alınıb. 24 yaşlı Cəlilabad rayon sakini Faiq Cəfərov qarın nahiyəsindən bıçaq yaraları alıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.
4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən qətli törətməkdə şübhəli bilinən S.Nadirov saxlanılıb. 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR