Mədəniyyət

“Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na yeni abidələr daxil edilib

  • 05 Aug 2019
  • 408 baxış

Nazirlər Kabineti “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib.

Dəyişikliyə əsasən “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsinə yeni abidələr daxil edilib. Həmin abidələr S.Rüstəm küçəsi, 10, 1913-cü il tarixə aid olan İbadət evi, eyni zamanda R.Rza küçəsi (34) ilə H.Aslanov küçəsinin (85) kəsişməsində yerləşən məsciddir.

Nazirlər Kabineti Mədəniyyət Nazirliyinə aidiyyəti qurumlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etməyi tapşırıb.

Aygün Məmmədova

Xalq TV

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR