Hadisə

Avropo İttifaqının Şamaxı və İsmayıllı ilə bağlı layihəsi baş tutdu

  • 27 Jun 2019
  • 482 baxış

Mediapress.azxəbər verir ki,  Azərbaycanda səfərdə olan Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğun (DG NEAR) Avropa Komissiyası bölmə rəhbərləri Lourens Meredit və Mark Conston Avropa İttifaqının maliyyələşdirdiyi layihələrlə tanış olmaq üçün bu ilin iyun ayının 26-da Şamaxı və İsmayıllı rayonlarına səfər ediblər. Səfər zamanı bölmə rəhbərləri Şamaxıda Avropa İttifaqının maliyyələşdirdiyi Kənd Yerləri və Regionların İnkişafına Dəstək üzrə Texniki Yardım layihəsinə baş çəkiblər. Avropa İttifaqının regionların inkişafını layihəsi çərçivəsində bölmə rəhbərləri əvvəlcə Şamaxıda İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədovla görüşblər. Çay süfrəsi ətrafında baş tutan səmimi görüşdə İH-nin başçısı qonaqları rayonda görməkdən şad olduğunu bildirərək, Şamaxının qədim tarixi, bu günü və hazırda burada həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Qonaqlar Azərbaycan haqda öz duyğu və düşüncələrini dilə gətiriblər. Ardınca rəsmi görüş baş tutub. Görüşdə Aİ və Azərbaycan arasında kənd yerləri və regionların inkişafı istiqamətindəki əməkdaşlığı müzakirə edilib. Tədbir zamanı Şamaxı rayonunda üzümçülüyün genişləndirilməsi məsələsinin təqdimatı keçirilib. Bildirilib ki, 2017-ci ilin yanvar ayından həyata keçirilən layihə iqtisadiyyatın şaxələndiriləməsinə və Quba-Xaçmaz, Dağlıq Şirvan və Göyçay regionlarının davamlı inkişafına töhfə verir. Layihənin əsas komponentlərindən biri regional inkişaf planlarının proqramlaşdırılması və həyata keçirilməsində hədəf rayonları dəstəkləməkdir ki, burada yerli hakimiyyət qurumları, çoxsaylı özəl və dövlət tərəfdaşları fəal iştirak edirlər. 

Bu illər ərzində fermerlər üçün kooperativlərin təşkil olunması, məhsuldarlığın genişləndirilməsi və məhsulların eksport potensialı barədə, Avropa da daxil olmaqla, yeni bazarların reallaşdırılması barədə treninqlər keçirilmişdir. Müzakirə zamanı layihənin məqsədindən danışan layihə təşkilatçıları bildiriblər ki, aqrar-iqlim şəraitinə görə üzümçülük sahəsində müəyyən imtiyazlara malik olan Şamaxı rayonunda həyata keçirilən Aİ layihəsinin komponentlərindən biri yerli fermerləri təlim sessiyaları və təlim səfərlərinə cəlb etməklə, onlara mini şərabçılıq texnologiyalarını öyrətməklə şərab istehsalına dəstək göstərməkdir. 

“Avropa İttifaqının regionların və kənd yerlərinin inkişafına göstərdiyi dəstək Azərbaycanla əməkdaşlığımızın əsas prioritetlərindən biridir. İnsanlar bu gündəliyin özəyini təşkil edir. Bizim layihələrimizin kiçik və orta müəssisələrlə, ailə biznesləri ilə birbaşa işlədiklərini, onlara bilik və bacarıq aşılamaqla bizneslərinin inkişaf etdirdiklərini, yein iş yerləri və imkanlar yaratdığını bilmək mənə xoşdur” – deyə Lourens Meredit bildirib.

Turizmin inkişaf etdirilməsi məqsədi ilə şərabçılığın genişləndirilməsi üçün məhsulun keyfiyyətinin artırılması, yerli üzüm sortlarının yetişdirilməsi barədə müzakirələrdən sonra nümayədə heyəti Şamaxının Məlcək kəndində Avropa İttifaqının layihəsindən bəhrələnmiş fermerlərlə görüşüblər. Fermerlər həyata keçirilən layihə ilə bağlı öz təsərrüfatları barədə qonaqlara məlumat veriblər.
Layihə çərçivəsində bölmə rəhbərləri media rəhbərləri ilə birgə İsmayıllı rayonunun bu layihədən faydalanmış İvanovka kəndinə də səfər ediblər.  Burada Avropa Komissiyası nümayəndələri regionların və kənd yerlərinin inkişafı üçün Slow Food Beynəlxalq Təşkilatının həyata keçirdiyi digər qrant layihəsindən faydalanan kiçik təsərrüfatçılarla görüşərək Slow Food konsepsiyası ilə təşviq olunan seçilmiş ərzaq məhsullarının tamına baxıblar.

Söhbət zamanı büdcəsi 1.7 milyon manat olan 3 illik layihəyə keçən ilin sentyabr ayından başlanıldığı bildirilib. Layihənin məqsədi yerli kulinariyanı, biomüxtəlifliyi, mədəni irs və davamlı gəlir mənbələrini qorumaqdır.

Layihə çərçivəsində yerli, ekoloji cəhətdən təmiz, Azərbaycanın mədəniyyətinə məxsus olan məhsullara maraq yaratmaq məqsədiylə itirilmiş məhsullar axtarıb tapılacaq, onların nəsli kəsilmə səbəblərini araşdırılacaq və onlar siyahılaşdırılacaqdır. 

Azərbaycanın 5 rayonunu - Şəki, Şamaxı, İsmayıllı, Qax, Qəbələni əhatə layihədə son dörd ay ərzində 40-dan çox qida məhsulu haqda məlumat toplandığını deyən layihə icraçısı "Azərbaycan Heyvanlari Mühafizə Cəmiyyəti"nin sədri Azər Qarayev bu siyahının yerli əhalinin köməyi ilə artırılacağını, milli qida zəncirinin inşası üçün başlanmış kompaniyaya gələcəkdə daha çox yerli istehsalçıları da cəlb edəcəklərini qeyd edib. 

Səfər ərəfəsində diqqəti çəkən əsas məqamlardan biri Şamaxı rayon icra başçısının rəhbərlik etdiyi rayon haqqında - tarixi məbədlər, iqdisadiyyatı, mədəniyyəti, incəsənəti barədə avropalı qonaqlara ingilis dilində ətraflı məlumat verməsi olub. Ümumiyyətlə, Tahir müəllim həm qonaqlara, həm də media nümayəndələrinə xüsusi diqqəti, qayğı ilə yanaşıb.                                                                                                                                                                                                                                                                                                                                         
 Xalq TV
Könül Aypara

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR