Xəbərlər

Silahlı Qüvvələr Günü respublikamızın bölgələrində geniş şəkildə qeyd olunub

  • 27 Jun 2019
  • 439 baxış

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101-ci ildönümü münasibətilə Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə ölkəmizin bölgələrində silsilə tədbirlər təşkil olunub.

Tədbirlərdə Silahlı Qüvvələrinin yaranmasının tarixi barədə ətraflı məlumatlar verilib. “1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun hərbi paradı keçirildi. Növbəti hərbi parad 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyinə həsr edildi. Son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradılıb. Azərbaycanda minə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur.” – deyə qeyd edilib.                                                                                                                                                                                                                                                        Xalq Tv                                                                                                                              Aygün Məmmədova

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR