Xəbərlər

Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV respublika müsabiqəsinin yekun konserti

Masya
Masya
  • 26 Jun 2019
  • 48 baxış

27 iyun 2019-cu il tarixində saat 15.00-da Beynəlxalq Muğam Mərkəzində Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsi respublika müsabiqəsinin yekun konserti keçiriləcək.  

Müsabiqənin keçirilməsində məqsəd xalq çalğı alətlərinin təbliği, bu sahədə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması və dəstəklənməsidir.

Tar, kamança, qanun, saz, balaban, qarmon, nağara ixtisasları üzrə 3 yaş qrupunda (I qrup 9-12, II qrup 13-15, III qrup 16-18) keçirilən müsabiqədə respublikanın musiqi təhsili müəssisələrindən 800-ə yaxın şagird və tələbə  iştirak etmişdir.

Müsabiqənin birinci turu 15-31 may 2019-cu il tarixlərində Bakı, Gəncə, Lənkəran, Şəki, Bərdə, İsmayıllı, Quba şəhərlərində, ikinci turu isə 7-11 iyun 2019-cu il tarixlərində Bakı şəhərində keçirilmişdir.

“Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Respublikasının Xalq artisti, professor Ramiz Quliyevin sədrlik etdiyi, tanınmış mütəxəssislərdən ibarət münsiflər heyətinin qərarına əsasən Bakı, Sumqayıt, Şəki şəhər, Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Xaçmaz, Xızı, Kəlbəcər, Kürdəmir, Quba, Qubadlı, Qobustan, Lənkəran, Neftçala, Siyəzən, Şabran, Şamaxı, Şəmkir rayon uşaq musiqi və incəsənət məktəblərinin, Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kolleci və İncəsənət Gimnaziyasının, Gəncə, Sumqayıt musiqi kolleclərinin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagird və tələbələri müsabiqənin müxtəlif dərəcəli diplomlarına, mükafat və fəxri fərmanlara layiq görülmüşlər. Müəllimlərin və konsertmeysterlərin də əməyi qiymətləndirilmiş, onlar fəxri fərmanlarla təltif olunmuşlar.                                                                                                                                                                                                                                                                                                                                                                         Xalq TV
 Aygün Məmmədova

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR