idman
Juninyo "Lion"la danışıqlar aparır
Juninyo Permanbukano yenidən Fransaya qayıda bilər.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, yaxın keçmişdə cərimə zərbələrinin ustası kimi məşhur olan "sambaçı" sabiq klubu "Lion"dan təklif alıb. Klub prezidenti Jan-Mişel Olas ona idman direktoru vəzifəsində işləməyi təklif edib. Tərəflər danışıqları davam etdirirlər. Juninyo futbolçu kimi 2000-09-cu illərdə "Lion"un şərəfini qoruyub. Burda 338 oyuna çıxan yarımmüdafiəçi 99 qol, 63 qol ötürməsi ilə yadda qalıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR