Mədənİyyət

Dövlət Mahnı Teatrında Rəşid Behbudovun xatirəsi anılıb

Masya
Masya
  • 22 Jun 2019
  • 9 baxış

Bakı şəhər Rəşid Behbudov adına  2  nömrəli Onbirillik Musiqi Məktəbi tərəfindən ənənəvi olaraq Dövlət Mahnı Teatrında  görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun xatirə günü münasibətilə tədbir keçirilib.

Konsert  məktəbin xor kollektivinin ifasında Qara Qarayevin "Xoşbəxtlik mahnısı", A.Vivaldi "Gloria" və İtalyan xalq mahnısı "Funiculi, funikula" mahnıları və məktəbin xalq çalğı alətləri oreksterinın ifası  ilə başlayıb.

Tədbirdə müxtəlif alətlərdə  istedadlı şagirdlərin ifasında Vaqif Mustafazadə, Azər Rzayev, E.Qriq, R.Baijinin, Z.Binkin, O.Peterson, D.Kramer, Tofiq Quliyev və digər görkəmli Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Sonda məktəbin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva çıxış edərək  Rəşid Behbudovun həyat və musiqi fəaliyyəti barədə ətraflı məlumat verib, konsertdə iştirak edən şagirdləri uğurlu ifalarına görə təbrik edib.                                                                                                                                                                                                                                         Xalq TV                                                                                                                           Aygün Məmmədova

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR