Xəbərlər

Moskvada Xalq rəssamı Tahir Salahovun sərgisi açılıb

Masya
Masya
  • 22 Jun 2019
  • 39 baxış

Moskvada, Rusiya Xarici İşlər Nazirliyinin qəbul evində Azərbaycanın və Rusiyanın tanınmış rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, SSRİ Xalq rəssamı Tahir Salahovun sərgisi açılıb.

Sərginin açılış mərasimində RF xarici işlər naziri Sergey Lavrov çıxış edib. Nazir qeyd edib ki, Tahir Salahovun fəxri adları və təltifləri çoxdur, lakin onun ən böyük mükafatı xalqın sevgisidir. S.Lavrov deyib: “Tahir Teymuroviç, öz işlərinizlə bizi sevindirməkdə davam etdiyinizə görə Sizə çox minnətdarıq. Əminəm ki, bu sərgi bu gün burada iştirak edənlər arasında çox populyar olacaq. Ümidvarıq ki, bu gün buraya gələ bilməyən, lakin bu işləri görmək arzusunda olan insanların hamısı üçün bu ekspozisiyanı davam etdirəcəyik. Sizə yaradıcılıq uğurları, cansağlığı və həmişə sənətkar kimi qalmağınızı arzu edirəm”.

Yaradıcılığına göstərilən diqqətə görə təşəkkürünü bildirən Tahir Salahov onun və qeyd edib ki, Bakıda “Expo Mərkəz”də keçirilən sərgi zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov onu RF XİN-in ordeni ilə təltif edib və Moskvada onun işlərinin sərgisinin keçirilməsini təklif edib.

Tahir Salahov deyib: “Sergey Viktoroviç sözünün üstündə durdu və Rusiyanın bu incəsənət və mədəniyyət məbədini, diplomatiya, həmrəylik və birlik məbədini, sülh, dostluq, səmimiyyət və həmrəylik məsələlərinin həll edilmiş olduğu və bu gün də həll edildiyi tarixi binanı mənim sərgim üçün təqdim edib”.

Rəssam qeyd edib ki, RF XİN-in malikanəsində Qara Qarayev, Şostakoviç, Rıbak, Soljenitsın, Pikasso, Rauşenberq, Boris Yefimov, Salvador Dali kimi şəxsiyyətlərin portretləri, xalça texnikasında çəkilmiş rəsm əsərləri təqdim edilir.

Sərginin açılışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Dövlət Tretyakov Qalereyasının baş direktoru Zelfira Trequlova, RF XİN-in nümayəndələri, ictimai və siyasi xadimlər iştirak ediblər                                                                                                                                                                                                                                                                                  Xalq TV                                                                                                                                                                                                     Aygün Məmmədova

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR