Xəbərlər

Xalqtv-nin direktoru “Xalq Nəzarəti”qəzetinin təsisci və baş redaktor Hidayət Möhnətovun Yeni Kitabı

Masya
Masya
  • 15 Jun 2019
  • 1549 baxış

Azərbaycan xalqının Milli Qurtuluş Günü rəsmi bayramlarımızdan biridir. 1997-ci ilin 15 iyun günündən bayram elan edilib. Bizdə XalqTv ailəsi olaraq bu günü dövlətə və dövlətçiliyə sadiq olan insanlardan biri və Xalqtv-nin direktoru, Xalqtv.com saytının rəhbəri, “Xalq Nəzarəti” qəzetinin təsisci və baş redaktoru Hacı Hidayət Şirvanlının “Elm və Təhsil” nəşiriyyatında yenicə çapdan çıxmış “Doğma Yurdum Şamaxı” adlı kitabının təqdimetmə mərasimi Beynəlxalq Mətbuat Mərkəzində keçirildi. Tədbiri giriş sözülə açan Prezident təqaüdcüsü,şairə, həkim-jurnalist,XalqTV – nin icraçı direktoru Hacı Azadə Hüseynova,ilk sözü Prezident Təqaüdcüsü,Yazıçılar Birliyinin orqanı olan “Ulduz” jurnalının nəsr və poezya şöbəsinin müdiri Dayandur Sevginə verdi.Daha sonra şair Mürvət Qədimoğlu Həkəri uzun illərdir dostluq etdiyi Hidayət Möhnətov haqqında xoş xatirələrindən söhbət açdı.Aztacın redaktoru Zərəngiz Dəmirçiqayalı çıxışında bizləri M.Ə.Sabirin “Hop-Hopnamə” si ilə keçmişə apardı.Sumqayt Ədəbi Mühitini təmsil edən şairə Xatirə Fərəcli, Palkovnik-Baş leytinat Haviz Hidayətov, İstanbuldan tədbirimizə məxüsusi qatılan Bakir Dursun və xanımı tanınnmış jurnalist Sədaqət Məhərrəmova ,şairə Sevinc Arzulu,QHT üzvü Kəmalə Nəsirova, şairə Sarıgül Yağmur və digərləri çıxış edərək yazıçı Hidayət Möhnətova öz ürək sözlərini ünvanladılar. Tədbir sonunda xatirə şəkili çəkildi. Tədbirimizi işaqlandırdığına görə, Dünya Tv-yə, Aztac.az-a,AzTacTV-yə, AzərTac-a, Qafqaz-Media İB- ə və adını çəkmədiyimiz hər kəsə təşəkkürlərimizi bildiririk.


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR