“Nəsimi ili” çərçivəsində Lənkəran rayon Mədəniyyət Mərkəzinin klub filiallarında tədbirlər keçirili
2019-cu il ölkə başçısının sərəncamı ilə "İmaməddin Nəsimi ili” elan olunmuşdur. Bu münasibətlə ölkənin bütün mədəniyyət müəssisələrində müxtəlif səpkili mədəni-kütləvi tədbirlər keçirilir.
Lənkəran Mədəniyyət Mərkəzinin klub filialları da mütəfəkkir şair İmamməddin Nəsimiyə sonsuz xalq məhəbbətini teatrlaşdırılmış ədəbi-bədii kompozisiyalar, foto-stendlər və tematik konsertlər vasitəsilə ifadə edib. Mədəniyyət Mərkəzinin Türkəkəran kənd Folklor Evinin və Vel kənd Sənətkarlıq Klubunun yaradıcı kollektivi “Nəsimi” filimindən bir sıra parçaları səhnələşdirib. Boladi-1 kənd Folklor Klubunun və Boladi-2 kənd Diyarşünaslıq klublarının hazırladığı tematik konsertlər, Ləj və Haftoni kənd Sənətkarlıq Klublarının keçirdiyi bədii qiraət müsabiqəsi, Liman şəhər Folklor Klubunun və Osaküçə kənd Yaradıcılıq Evinin hazırladıqları teatrlaşdırılmış ədəbi-bədii kompozisiyalar xüsusi maraq doğurmuş, tamaşaçıların rəğbətini qazanmışdır. “Nəsimi ili” davam etdikcə Nəsimiyə həsr olunmuş mədəni-kütləvi tədbirlər də digər klublarda davam etməkdədir. Bu tədbirlərin ən yaxşı proqram nömrələri ilin son rübündə Mədəniyyət Mərkəzi tərəfindən keçirilməsi planlaşdırılan yekun tədbirə daxil ediləcəkdir. Xalq TV Aygün Məmmədova