Xəbərlər

Qardabanidə mərhum Aşıq Aslan Kosalının ev muzeyini ziyarət etdik.

  • 11 May 2019
  • 387 baxış



Prezident təqaüdcüsü, həkim-şairə,jurnalist,Qafqaz-Media İB sədri və eyni adlı saytın rəhbəri, XalqTV nin icraçı dirüktoru, AzTAC.az ın təsiscisi və direktoru Hacı Azadə Taleh Abbas qızının Gürcüstanda keçirilən 55 illik yubiley çərçivəsində Qardabani rayonunun Kosalı kəndində Aşıq Aslan Kosalının ev muzeyini ziyarət etdik. Bakıdan Gürcüstana gəlmiş 14 nəfərlik nümayəndə heyyətini aşığın ailəsi çox mehribanlıqla qarşıladı.Professor Mahmud Kamal oğlu Aşıq Aslan Kosalının həyat fəaliyyətindən geniş söhbət açdı və nümayəndə heyyətimiz XalqTV nin rəhbəri yazıçı Hidayət Möhnətov olmaqla hər birimiz xatirə kitabına Aşıq Aslan Kosalı barədə xatirələrimizi yazdıq və imzaladıq.Salam Mədəni - Xeyriyyə Cəmiyyətinin sədri Maya Rəcəbovanın təşəbbüsü ilə bu günki, xatirə muzeyindən xoş ovqatla ayrılaraq sərhəddə üz tutduq və Bakıya qayıdırıq.Nümayəndə heyyətimizi qonaqpərvərliklə qarşılayan Maya Rəcəbovaya və Mahmud Kamal oğluna, eyni zamanda Aşıq Aslan Kosalının ailəsinə təşəkkürlərimizi bildiririk. Məkanı cənnət olsun.




XalqTV.com

Mənsurə Həşimova



RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR