Xəbərlər

Gürcüstanın Rustavi şəhərində həkim-şair Azadə Taleh Abbasqızının 55 illik yubileyi qeyd olunub

  • 11 May 2019
  • 607 baxış

Gürcüstanın Rustavi şəhərində həkim-şair Azadə Taleh Abbasqızının 55 illik yubileyi qeyd olunub
Gürcüstanın Rustavi şəhərində həkim-şair Azadə Taleh Abbasqızının 55 illik yubileyi qeyd olunub
Gürcüstanın Rustavi şəhərində həkim-şair Azadə Taleh Abbasqızının 55 illik yubileyi qeyd olunub
Gürcüstanın Rustavi şəhərində həkim-şair Azadə Taleh Abbasqızının 55 illik yubileyi qeyd olunub


Mayın 10-da Rustavi şəhərində Bakıdan, Tiflisdən, Rustavi və Marneulidən gələn ziyalıların, azərbaycanlı gənclərin iştirakı ilə "Qafqaz -Media" İctimai Birliyinin sədri, eyni adlı qəzet və xəbər saytının ,Az.Tac.az saytının rəhbəri, həkim-şair Azadə Taleh Abbasqızının 55 illik yubileyi qeyd olunub. Tədbirdə professor Mahmud Kamaloğlu, "Xalq TV-nin təsisçisi və direktoru Hidayət Möhnətov, jurnalist Nizami Məmmədzadə çıxış edərək həkim-şairin məhsuldar yaradıcılığı haqqında fikirlərini bildiriblər.

AYB-nin üzvü, "Vedibasar" qəzetinin redaktoru Nəsibə İsrafilqızı çıxış edərək "Azərbaycan" şeirini söyləyib. Sonra tədbirdə şairlərdən Səadət Buta, Xatirə Fərəcli, Səriyyə Dumanlı ,Nailə Yusifqızı və başqaları çıxış edərək Azadə Taleh Abbasqızının xeyriyyəçiliyindən, onun milli qəhramanlara həsr etdiyi əsərlərdən söhbət açıblar.

Tədbirdə şair-publisist və həkim Azadə Taleh Abbasqızının yaradıcılığının məziyyətlərindən, o cümlədən onun qələmə aldığı əsərlərin müxtəlif dillərə tərcümə olunduğu vurğulanıb.

Tədbirdə "Qafqaz -Media" İctimai Birliyinin sədri Azadə Taleh Abbasqızı çıxışçılardan Azərbaycanın Əməkdar Jurnalisti Nizami Məmmədzadəyə, professor Mahmud Kamaloğluna və "Salam" Xeyriyyə Cəmiyyətinin sədri Maya Rəcəbovaya Heydər Əliyevin 96-cı ildönümü ilə təsis olunmuş "Heydər Zirvəsi" adlı diplom təqdim edilib.

Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, Azərbaycanın Əməkdar Jurnalisti Nizami Məmmədzdə Azadə Taleh Abbasqızına Azərbaycan-Gürcüstan dövlətləri arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsində verdiyi töhfələrə və anadan olmasının 55 illik yubileyinə görə və "Salam" Mədəni Xeyriyyə Cəmiyyətinin sədri Maya Rəcəbovaya Gürcüstanda Azərbaycandilli mətbuatın inkişafına verdiyi təkana görə diplomlar təqdim edib.

Tədbirdə həmçinin GAXA.ge saytının təsisçisi və direktoru jurnalist Nizami Məmmədzadənin mayın 10-da 62 yaşı tamam olduğu elan edilib və jurnalist hədiyyələrə və diplomlara layiq görülüb.
GAK-nın sədri Hüseyn Yusubov Azadə-Talehi Fəxri Fərmanla təltif edib və tər çiçəklər bağışlayıb.
Tədbirdə qeyd olunub ki. bu günlərdə həkim-şairin 55 illik yubileyi Türkiyənin İstanbul və Ankara şəhərlərində qeyd olunacaq.

Tədbirdə aşıq Həvəskar Qurbanovun,xanəndə Ziba Hüseynovanın,müğənnilər Ədalət Əsədoğlunun,Əsəd Ədalət oğlunun ifasında rəngarəng el havaları ,bəstəkar mahnıları sələndirilib.
Sonda Azadə-Taleh "Salam"Mədəni Xeyriyyə Cəmiyyətinin sədri ictimai xadim ,xeyriyyəçi Maya Rəcəbovaya xüsusi təşəkkürünü bildirib və onu "Heydər Zİrvəsi" diplomu ilə təltif edib və xatirə şəkilləri çəkdirilib.


XalqTV.com

Mənsurə Həşimova


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR