Xəbərlər

Astarada “Ürək-damar sistemi xəstəliklərinə qarşı mübarizə” xeyriyyə aksiyaına start verildi

  • 07 May 2019
  • 411 baxış

Astaranın Kijəbə qəsəbəsində “Ürək-damar sistemi xəstəliklərinə qarşı mübarizə” devizi ilə xeyriyyə aksiyasına start verilib.




Aksiyada Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin səyyar hospitalı və Mərkəzi Gömrük Hospitalının peşəkar həkimlərindən ibarət tibbi heyəti iştirak edir. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub. İki gün davam edəcək humanitar aksiya çərçivəsində Mərkəzi Gömrük Hospitalının ürək cərrahı, Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudovun rəhbərliyi altında hospitalın təcrübəli kardioloqları rayon əhalisinə tibbi xidmət göstərəcək. Qeyd edək ki, belə xeyriyyə tədbirlərinin ölkəmizin digər rayonlarında da davam etdirilməsi nəzərdə tutulub. 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR