idman

Arsen Venqerin "taleyinə" aydınlıq gəldi

  • 31 May 2017
  • 223 baxış

Arsen Venqer "Arsenal"da işini davam etdirəcək.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəsis klubla 2019-cu ilin yayına kimi müqavilə imzalayıb. Onun əvvəlki müqaviləsi bu yay başa çatırdı.

"Məqsədimiz Premyer Liqa və Avropa kuboklarında qalib gəlməkdir. Azarkeşlər, personal, futbolçu və məşqçilərin istədiyi budur. Məqsədimizə nail olmayınca sakitləşməyəcəyik. Arsen buna kömək edə biləcək şəxsdir. Onun zəngin təcrübəsi var və bizim dəstəyimizi aldı", - klubun sahibi Sten Kronke deyib.

67 yaşlı Venqer 1996-cı ildən "topçular"a rəhbərlik edir. Ötən mövsüm Premyer Liqada 5-ci yeri tutan "Arsenal" İngiltərə Kubokunu qazanmışdı.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR