idman

Dahi Nizami Yurdunda Gəncəli Şairə Azadə Talehin 55 İllik Yubileyi Qeyd Olundu

  • 24 Apr 2019
  • 1131 baxış

Aprelin 19-da Gəncə şəhər İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəcə bölməsinin təşkilatçılığı ilə əslən Gəncədən olan həkim-şair, publisist, ictimai xadim, Qafqaz Media” İctimai Birliyinin sədri, eyni adlı qəzetin və saytın rəhbəri, “Xalq Tv”-nin icraçı direktoru Hacı Azadə Taleh Abbasqızının anadan olmasının 55 illiyi qeyd edildi.



Bakıdan Gəncəyə şairə Azadə Talehin yubiley tədbirinə qatılan nümayəndə heyyəti ilk öncə dahi Nizami Gəncəvinin məqbərəsini ziyarət etdilər. 

Tədbiri AYB-nin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova açaraq şairi rəhbərlik etdiyi qurum adından təbrik etdi.

AYB-nin şöbə müdiri Arifə Əliyeva, qurumun əməkdaşı, şairə Güləmail Murad, AYB-nin, AYB-nin üzvü, Prezident təqaüdçüsü şairə-publisist Zərəngiz Dəmirçi Qayalı, “Xalq Tv”-nin təsisçisi və direktoru Hidayət Möhnətov, şairlər Mürvət Qədimoğlu Həkəri, Nəsibə İsrafilqızı, Səriyyə Dumanlı, Zərifə Sufi,xanəndə Ziba Hüseynova, Azərbaycan İqtisad Universitetinin dosenti, şairə Nailə Yusifova, İrəvan Azərbaycan Dövlət Dram Teatrının “Tərəqqi” medallı aktrisası Səmayə İsmayılova, Azadə xanımın ailə üzvləri adından bacısı Tahirə Hüseynova, Azadə xanımın mənəvi qızı, Gəncə Humanitar Kollecinin Arxiv müdiri Anarə Quluyeva, Qərib Mehdi, Tomris Cəmiyyətinin sədri, prezident təqaüdcüsü ,Cavadxan romanının müəllifi Nüşabə Əsəd Məmmədli,"Gəncənin Səsi"qəzetinin baş redaktoru,AJB-nın Gəncə bölməsinin sədri Rəfiqə Sadıqova, uşaq şairəsi Aləmzər Əlizadə, "Rüzgar" qəzetinin və jurnalının təsisci və baş redaktoru Füzuli Rüzgar, Şairə-dramaturk Ofelya Mədətqızı, ArDHTİ -nin baş müəllimi Natiqə İsmayılova, Vüsal Hicran, Eltun Türkəl, Zahir Şirvani, İmamverdi Məmmədov, Saleh Qurbanov, İqbal İsmaylov, Oruc Göyçəli, Əfəndi Hacıyev, Dağıstandan məxüsusi olaraq Azadə xanımın yubileyinə gəlmiş, yaxın rəfiqəsi Rusiya yazarlar birliyinin üzvü Bikəxanım Əlibəyova, xanəndə Sübhan Əkbərzadə, XalqTv-nin aparıcı-muxbiri Jalə Əkbərova, XalqTv-nin şöbə müdiri Mənsurə Həşimova, "Borçalı" qəzetinin şöbə müdiri Elmira Əhmədova, Qafqazmedia.az saytının muxbiri Kamilə İbrahimova, Qafqaz-Media İctimai Birliyinin Sədrinin birinci müavini Sahilə Abdullayeva yubilyarın yaradıcılığından, ictimaiyyətçi və xeyriyyəçi kimi geniş fəaliyyətindən söhbət açdılar.

Bildirildi ki, peşəsi həkim olmasına baxmayaraq,eyni zamanda jurnalist ixtisasınada yiyələnmiş, ədəbiyyat və jurnalistika sahəsində də böyük uğurlara imza atan yublyar, həm də xeyriyyəçi kimi ictimaiyyətin rəğbətini qazanmışdır.

Onun fəaliyyəti təkcə ölkəmizdə deyil, ölkəmizin hüdudlarından kənarda da rəğbətlə qarşılanır. Qardaş Türkiyə və İran İslam Respublikasında kitabları dərc olunur, ictimaiyyətlə görüşləri keçirilir.

Bildirildi ki, o, şair, publisist, həkim-jurnalist, Prezident təqaüdçüsü, 2006-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin idarə heyətinin üzvü (1995), Avropa Kardioloqlar və Azərbaycan Kardioloqlar Cəmiyyətinin üzvüdür. 1998-ci ildə Yeni Azərbaycan Partiyasının üzvüdür. 2017-cı ildən Avrasiya Sanat Kultur və Bilim Fedarasiyonuna Azərbaycan təmsilçisi seçilmişdir. 2014-cü ildən Rusiya, Dağıstan, Dərbəndə fəaliyyət göstərən "Gülüstan" Ədəbiyyatçılar ittifaqının üzvüdür. Gürcüstan-Azərbaycan Ziyalılar Birliyinin fəxri üzvü, Gürcüstan Azərbaycanlıları Jurnalistlər Birliyinin üzvüdür. “Qafqaz-Press” qəzeti, "Qanqal" qəzeti, "Hakimiyyət və zaman", və "Kardioloqiya" jurnallarının təsisçi və baş redaktorudur. “Borçalı” qəzetinin və eyni adlı jurnalın baş redaktoru, “Qafqaz-Media” İctimai Birliyinin sədri və “Qafqazmedia.az” saytının rəhbəridir. 200-dən artıq fəхri fərman və diplomlarla təltif olunub, Dünyanın 32 ölkəsində olub, 20-yə yaхın хarici dövlətlərdə müхtəlif diplomlara layiq görülüb. Dünyanın 16-dan çox Ədəbiyyat antologiyalarında şeirləri çap olunub. Əsərləri rus, ingilis, gürcü, alman, özbək, fars, ərəb dillərinə tərcümə olunub. Onun əsərlərinin ədəbiyyatlarımızın dostluğuna, dünya xalqlarının dostluğuna xidmət etdiyini söylədilər, şairəyə xoş arzularını bildirdilər.

Tədbir çərçivəsində şairənin vətənpərvərlik mövzusunda yazdığı "Xocalı şəhidim Şöhrət Həsənov" və Aprel şəhidi Təbriz Musazadəyə həsr olunmuş "Vətənimin qürur yeri vətənimin şəhid oğlu" iki kitabının da təqdimatı keçirildi.

Tədbirdə yubilyara Azərbaycan ədəbiyyatına verdi töhvələrə görə AYB-nın sədri Anarın xüsusi diplomu AYB-nın Gəncə bölməsinin fəxri fərmanını qocaman şair Xəzəngül xanımın adından Qərib Mehdi yubileyara təqdim etdi. Sonra "Razigar" qəzet və jurnalının təsis etdiyi Azərbaycanın ziyalı xanımı diplomunu Füzuli Rüzigar, Cəfər cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatırının rəhbəri İftixar Piriyevin yubileyara ünvanladığı təbrik məktubunu teatırın aktirisası tərəqqi medallı Səmayə ismaylova təqdim etdi. Uğurlar arzulayan dostlar ona diplom və xatirə hədiyyələri təqdim etdilər. Yubiyar da öz növbəsində Gəncə ədəbi mühitinin görkəmli nümayəndələrinə təmsil etdiyi “ Qafqaz Media” İctimai Birliyinin və “Xalq Tv.”-nin diplomlarını təqdim etdi.

Tədbirin sonunda təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Azadə Taleh Abbasqızı kitablarını və sözlərinə Arif Səlimov tərəfindən bəstələnmiş mahnılardan ibarət diskləri AYB-nin Gəncə bölməsinin üzvlərinə təqdim etdi.

Sonra isə nümayəndə heyyəti Göy-Göl rayonunun Bənövşəli-Mixaylovkada Azadə xanımın yaxın rəfiqəsi dəyərli ziyalımız Səmayə İsmaılovanın bağ evində qonaq oldular. Geri dönüşdə isə sübh tezdən ağ örtüyə bürünmüş qarla əhatə olunmuş Mixaylovkadan Hacıkəndə qartopu oynamağa üz tutan nümayəndə heyyəti sonda Gəncədə İmamzadə ziyarətgahında oldular. ALLAH hər birimizin ziyarətlərini qəbul etsin.







Abutel İsmayıllı

BDU-nun jurnalistika fakültəsinin

I kurs tələbəsi 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR