idman

“Qarabağ” legionerləri ilə vidalaşır - “Neftçi”yə gedən var

  • 11 Apr 2019
  • 10288 baxış

"Qarabağ" yayda heyətini yeniləyəcək. Xüsusilə legionerlərlə bağlı ciddi dəyişiklik olacaq.

XalqTv.com futbolinfo.az-a istinadən xəbər verir ki, Hannes Halldorsonu yola salan ağdamlılar Con Delarj, İnnosent Emeqara və Reynaldo ilə vidalaşacağını dəqiqləşdirib. Yakub Jezniçak və Simeon Slavçevin də göndərilməsi mümkündü. Çox az şans qazanan bu futbolçuların maaşı büdcəyə artıq yükdü. Baş məşqçi Qurban Qurbanov digər əcnəbilərdən razıdı, amma...
 
...Amma özü getmək istəyən futbolçular da var. Müqaviləsi mövsümün sonunda bitəcək Donald Gerye digər təkliflərə baxır. Ona qışda Portuqaliya "Sportinq"i və bəzi ABŞ klubları müştəri düşmüşdü, indi isə Türkiyə təmsilçiləri maraqlanır. Ölkə daxilində isə "Neftçi" sol cinah müdafiəçisinin xidmətində maraqlıdı.
 
Ən sürpriz vida Markos Miçel Madeyra ilə bağlı olacaq. 2015-ci ildən "Qarabağ"da olan ispan yarımmüdafiəçisi komandanı dəyişməyə qərar verib. Ağdamlılar 34 yaşı olan oyunçunun məvacibini azaltmaq şərtilə daha bir il saxlamaq istəyir, amma futbolçu buna razı deyil. O, "Neftçi"dən aldığı real təklifi dəyərləndirmək niyyətindədi.
 
Əldə etdiyimiz məlumata görə, Miçel artıq "Neftçi"ylə danışıqlara başlayıb və razılıq əldə olunub. Mövsüm bitən kimi ispan ölkəmizdə qeydiyyatını dəyişəcək.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR